5 may tarixində Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – Caspian Agro Week və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – InterFood Azerbaijan sərgilərinin rəsmi açılış mərasimi keçirilmişdir.

image

Sərgiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ziyarət etmişlər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgilərə təşkilati dəstək göstərir. Eyni zamanda, “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir

Sərgilərdə  dünyanın 45 ölkəsindən 447 şirkət iştirak edir.

Tədbirlər 8 may tarixinə qədər davam edəcək